Bu gün boks üzrə "Böyük İpək Yolu" beynəlxalq turnirinə start veriləcək. Matc.az-ın abf.az saytına istinadən məlumatına görə, Bakı Boks Mərkəzində təşkil olunacaq ənənəvi yarışda 10 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşəcək.

Turnirdə Azərbaycan boksçuları ilə yanaşı, Rusiya, Qazaxıstan, özbəkistan, Mərakeş, İraq, Türkiyə, Türkmənistan və Gürcüstan komandaları iştirak edəcəklər. 117 idmançının gücünü yoxlayacağı "Böyük İpək Yolu"nun final görüşləri aprelin 1-də olacaq.

Azərbaycan yığması yarışa geniş tərkibli heyətlə qatılacaq. Komandamızın baş məşqçisi Vaqif Şirinov turnirdə 34 boksçunu sınaqdan keçirəcək. Milli komandadan başqa, ölkəmizin 4 klubunun ("Sədərək" İK, DİN İC, "Qəbələ" İK, "Neftçi" İK) 6 üzvü də medallar uğrunda mübarizə aparacaq.

 

Azərbaycan millisinin heyəti

49 kq. Yadigar Əliyev, Orxan Süleymanov

52 kq. Məsud Yusifzadə, Elvin Məmişzadə, Qoşqar Səfərli, Mirmehdi Mehdizadə

56 kq. Tayfur Əliyev, ümid Rüstəmov, Fuad Tarıverdiyev

60 kq. Cavid çələbiyev, Sərxan Əliyev, Ruslan Rüstəmov, Nurlan Səfərov

64 kq. Bəxtiyar Qazıbəyov, Fuad Ağamoğlanov, Elnur Əliyev, Nəbi İsgəndərov

69 kq. Elnur Süleymanov, Nicat Həsənov, Lorenso Sotomayor, Rahil Yaqubzadə

75 kq. Kamran Şahsuvarlı, Amin Kuşkov, Rasim çobanlı, İsmayıl Hüseynov

81 kq. Rauf Rəhimov, Alfonso Dominqes, Cəbrayıl Yelekov

91 kq. Rövşən Yaqubzadə, Rahil Məmmədli, İsmayıl Yaqubov, Surət Qarayev

+91 kq. Sadiq Səmədov, Mətin Mehrəliyev

 

Qeyd edək ki, döyüşlər 15:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest