Boks üzrə "Böyük İpək Yolu" beynəlxalq turnirində ikinci günün görüşləri başa çatıb. Matc.az-ın Azərbaycan Boks Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, Bakı Boks Mərkəzində təşkil olunan ənənəvi yarışda bu gün 3 çəki dərəcəsi üzrə 21 döyüş baş tutub.

Bu görüşlərdən 11-də Azərbaycan yığmasının üzvləri gücünü yoxlayıb. Təmsilçilərimizdən 6-sı 1/4 finala vəsiqə qazanıb.

Döyüşlərin gedişində Qazaxıstan Boks Federasiyasının rəsmisi yerli qurum adından Azərbaycan Boks Federasiyasının I vitse-prezidenti Ağacan Abıyevə "Böyük İpək Yolu"nun yüksək səviyyədə təşkili ilə əlaqədar təşəkkür məktubu təqdim edib.

Qeyd edək ki, turnirdə Azərbaycan boksçuları ilə yanaşı, Rusiya, Qazaxıstan, özbəkistan, Mərakeş, İraq, Türkiyə, Türkmənistan və Gürcüstan komandaları iştirak edirlər. 117 idmançının qatıldığı "Böyük İpək Yolu"nun final görüşləri aprelin 1-də olacaq.

Azərbaycan yığması yarışa geniş tərkibli heyətlə qatılıb. Komandamızın baş məşqçisi Vaqif Şirinov turnirdə 34 boksçuya şans verəcək. Yığmadan əlavə, ölkəmizin bir neçə klubunun üzvləri də medallar uğrunda mübarizə aparır.

 

1/8 final mərhələsi

60 kq

Cavid çələbiyev (Azərbaycan) – Camal Badrutdinov (Rusiya) – 5:0

Malik Həsənov (Azərbaycan, klub) – Maqomed Tinovasov (Rusiya) – 2:3

Nurlan Səfərov (Azərbaycan) – Şukurjon Rəhimov (özbəkistan) – 0:5

Hüseyn Əliyev (Azərbaycan, klub) – Yazmurad Qurbanov (Türkmənistan) – 2:3

Ruslan Rüstəmov (Azərbaycan) – Giorgi Kapanadze (Gürcüstan) – 3:2

Yersultan Bulat (Qazaxıstan) – Əli Cəfər Abdulrza (İraq) – 5:0

Sərxan Əliyev (Azərbaycan) – Hursand İmanquliyev (Türkmənistan) – 5:0

Mohamed Hamut (Mərakeş) – Kaqir Minatullayev (Rusiya) – 4:1

 

69 kq

Nicat Həsənov (Azərbaycan) – Şöhrət Durdiyev (Türkmənistan) – 4:1

Sahm Kadim (İraq) – Cem özsarı (Türkiyə) – 4:1

Hidayət Musayev (Azərbaycan, klub) – Lorenzo Sotomayor (Azərbaycan) – 1:4

Sərdar Amangəldiyev (Türkmənistan) – İkboljon Xoldarov (özbəkistan) – 0:5

Giorgi Doliaşvili (Gürcüstan) – Elnur Süleymanov (Azərbaycan) – 3:2

Elabidin Amrouq Zin (Mərakeş) – Aslanbek Şimberqenov (Qazaxıstan) – 1:4

Tamerlan Maqomedov (Rusiya) – Rahil Yaqubzadə (Azərbaycan) – 3:2

 

75 kq

Gülər Sərhad (Türkiyə) – Gela Abaşidze (Gürcüstan) – 4:1

Akmurad Qafarov (özbəkistan) – Rasim çobanlı (Azərbaycan) – 5:0

İsmayıl Hüseynov (Azərbaycan) – Sahar Tansin (İraq) – 2:3

Elgün Abdullayev (Azərbaycan, klub) – Giorgi Manjavadze (Gürcüstan) – 0:5

Yermaxan Jakpekov (Qazaxıstan) – Nurkanat Raiys (Qazaxıstan) – 0:5

Abay Toleş (Qazaxıstan) – Amin Kuşkov (Azərbaycan) – 1:4

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest