Güləş yığmalarımız aprelin 8-dən 14-dək Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək Avropa çempionatında çıxış edəcək. Matc.az-ın Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, bu gün millilərimizin qitə birinciliyində iştirak edəcək heyəti açıqlanıb.

Aprelin 8-10-da mübarizəyə sərbəst güləşçilər start verəcək. Baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında Mahir Əmiraslanov (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Hacı Əliyev (65 kq), Ağahüseyn Mustafayev (70 kq), Hacımurad Hacıyev (74 kq), Cəbrayıl Həsənov (79 kq), Murad Süleymanov (86 kq), Şərif Şərifov (92 kq), Nurməhəmməd Hacıyev (97 kq) və Azərşakib Seyidməhəmmədrza (125 kq) qüvvəsini sınayacaq.

Ayın 10-12-də xalça üzərinə qadın güləşçilər çıxacaq. Baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun tapşırıqlarını Türkan Nəsirova (50 kq), Tatyana Varansova (53 kq), Alyona Kolesnik (57 kq), Elmira Qəmbərova (59 kq), Tatyana Omelçenko (62 kq), Elis Manolova (65 kq), İrina Netreba (68 kq) və Səbirə Əliyeva (75 kq) icra edəcək.

Aprelin 12-14-də isə yunan-Roma güləşçiləri mübarizəyə qoşulacaq. Baş məşqçi Şaban Donat, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Emin Əhmədov və Turac Hüseynlinin rəhbərliyi altında Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), Kamran Məmmədov (67 kq), ülvi Qənizadə (72 kq), Elvin Mürsəliyev (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Orxan Nuriyev (97 kq) və Sabah Şəriəti (130 kq) uğur qazanmağa çalışacaq.

Qeyd edək ki, Aç-də ölkəmizi rekord sayda - 4 olimpiya kateqoriyalı hakim təmsil edəcək. Buxarestdə Hicran Şərifov, Asif Şirəliyev, İntiqam Alıyev və Sədi Quliyev ədaləti qoruyacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest