Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək Avropa çempionatında çıxış edəcək sərbəst, yunan-Roma və qadın güləş üzrə Azərbaycan milli komandalarının heyətləri açıqlanıb. Matc.az xəbər verir ki, yarışa Azərbaycanın ümumilikdə 28 idmançısı qatılacaq. ölkəni sərbəst və yunan-Roma güləşinin hər birində 10, qadınların mübarizəsində isə 8 pəhləvan təmsil edəcək.
Sərbəst güləşdə yığmaya yeni cəlb olunan bir idmançı var. Bu, Seyidmohammadreza Azərşakibdir. İranlı pəhləvan 125 kq-dan yuxarı çəki dərəcəsində yarışacaq.
Sərbəst güləş: Mahir Əmiraslanov (57 kq), Axmednabi Qvarzatilov (61 kq), Hacı Əliyev (65 kq), Ağahüseyn Mustafayev (70 kq), Xadjimurad Qadjiyev (74 kq), Cəbrayıl Həsənov (79 kq), Murad Süleymanov (86 kq), Şərif Şərifov (92 kq), Nurmaqomed Qadjiyev (97 kq), Seyidmohammadreza Azərşakib (+125 kq).
Yunan-Roma güləşi: Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), Kamran Məmmədov (67 kq), ülvi Qənizadə (72 kq), Elvin Mürsəliyev (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Orxan Nuriyev (97 kq), Sabah Şəriəti (+130 kq).
Qadın güləşi: Türkan Nəsirova (50 kq), Tatyana Varansova (53 kq), Alyona Kolesnik (57 kq), Elmira Qəmbərova (59 kq), Tatyana Omelçenko (62 kq), Elis Manalova (65 kq), İrina Netreba (68 kq), Səbirə Əliyeva (+75 kq).
Qeyd edək ki, Avropa çempionatı 8 – 14 apreldə keçiriləcək.