Boks üzrə "Böyük İpək Yolu" beynəlxalq turniri davam edir. Matc.az saytının Azərbaycan Boks Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, Bakı Boks Mərkəzində təşkil olunan ənənəvi yarışın üçüncü günündə daha 22 qarşılaşma keçirilib.
Belə ki, 91 kq çəki dərəcəsində baş tutan döyüşlərlə 1/8 final mərhələsi yekunlaşıb. Həmçinin, 49 kq, 56 kq, 64 kq, 81 kq və +91 kq çəki dərəcələrində 1/4 final cütlərinin qalibləri müəyyənləşərək, yarımfinalda iştirak hüququ qazanıblar.
Azərbaycan yığmasının üzvlərinə gəlincə, bu gün 12 boksçumuz rinqə çıxıb. Onlardan ikisi 1/4, beşi 1/2 finala vəsiqə qazanıb. Yarımfinala yüksələn idmançılarımız özləri üçün ən azı bürünc medalı da təmin ediblər.
Qeyd edək ki, turnirdə Azərbaycan boksçuları ilə yanaşı, Rusiya, Qazaxıstan, özbəkistan, Mərakeş, İraq, Türkiyə, Türkmənistan və Gürcüstan komandaları iştirak edirlər. 117 idmançının qatıldığı "Böyük İpək Yolu"nun final görüşləri aprelin 1-də olacaq.
1/8 final
91 kq
İsmayıl Yaqubov (Azərbaycan) – Şatlik Sariyev (Türkmənistan) – 5:0
Baki Yalçın (Türkiyə) – Artyom Pçelyakov (Qazaxıstan) – 5:0
Maqomedmurad Aslanbekov (Rusiya) – Sardor Yormohammedov (özbəkistan) – 5:0
Mukamedjan Yerkin (Qazaxıstan) – Rahil Məmmədli (Azərbaycan) – 1:4
1/4 final
49 kq
Casurbek Latipov (özbəkistan) – Salman Əlizadə (Azərbaycan, klub) – ikinci döyüşə gəlməyib
Yadigar Əliyev (Azərbaycan) – Şalkar Ayxinbay (Qazaxıstan) – 0:5
Orxan Süleymanov (Azərbaycan) – Yermek Madiyev (Qazaxıstan) – 2:3
Jandos Nessipjan (Qazaxıstan) – Nodirjon Mirzəhmedov (özbəkistan) – 1:4
56 kq
Fuad Tarverdizadə (Azərbaycan) – Abdullaziz Elmandini (Mərakeş) – 0:5
Orazbek Assilkulov (Qazaxıstan) – ümid Rüstəmov (Azərbaycan) – 4:1
64 kq
Fərid Ağamoğlanov (Azərbaycan) – Ayqum İdrisov (Rusiya) – 3:2
Toğrulbek Pazziyev (Türkənistan) – Sabirxan Bekbergenov (Qazaxıstan) – 2:3
Alişa Şərifov (Rusiya) – Nəbi İsgəndərov (Azərbaycan) – 5:0
Almasbek Alibekov (Qazaxıstan) – Aliyor Nurəliyev (özbəkistan) – ikinci döyüşə gəlməyib
81 kq
Xurşid Abdullayev (özbəkistan) – Birol Aygün (Türkiyə) – 5:0
Aleksandr Dokvadze (Gürcüstan) – Rauf Rəhimov (Azərbaycan) – 0:5
Ayub Maanni (Mərakeş) – Alfonso Dominqes (Azərbaycan) – 0:5
Dilşodbek Ruzmetov (özbəkistan) – Cəbrayıl Yelekov (Azərbaycan) – 2:3
+91 kq
Danila Semenov (Qazaxıstan) – Mohamed Firisse (Mərakeş) – birinci tam üstünlüklə qalib gəlib
Baki Toyçiyev (Türkmənistan) – Sadiq Səmədov (Azərbaycan) – 0:5
Nurjan Bekzatov (Qazaxıstan) – Obidjon Toxirov (özbəkistan) – ikinci tam üstünlüklə qalib gəlib
Demur Maçaraşvili (Gürcüstan) – Şiqabudin Əliyev (Rusiya) – 2:3