Para-karate üzrə milli komandanın üzvü, dünya ikincisi Sahib Əhədov Avropa çempionatının finalına yüksəlib. Matc.az-ın Azərbaycan Karate Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, gözdən zəif idmançılar arasında 3 idmançıdan ibarət qrupda moldovalı və rusiyalı rəqiblərini qabaqlayan Əhədov 39.94 xalla qrup lideri olub.

Bu gün həlledici görüşdə karateçimizin rəqibi Zviadi Vasadze (Gürcüstan) olacaq.

3 dərəcə üzrə Para-karateçilər arasında Avropa çempionatına 16 ölkədən 46 idmançı qatılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest