32 komanda hərəsində 4 iştirakçı olmaqla 8 qrupa bölünüb. Türkiyənin "Qalatasaray" komandası "Bavariya" , "Mançester Yunayted" və "Kopenhagen"lə eyni qrupda mübarizə aparacaq.

çempionlar Liqasında qrup mərhələsinin püşkü atılıb. Matc.az xəbər verir ki, Monakoda keçirilən püşkatma mərasimi Bakı vaxtı ilə saat 20:00-da başlayıb.
 
32 komanda hərəsində 4 iştirakçı olmaqla 8 qrupa bölünüb.
 
A qrupu: "Bavariya" (Almaniya), "Mançester Yunayted" (İngiltərə), "Kopenhagen" (Danimarka), "Qalatasaray" (Türkiyə).
 
B qrupu: "Sevilya" (İspaniya), "Arsenal" (İngiltərə), PSV (Niderland), "Lans" (Fransa).
 
C qrupu: "Napoli" (İtaliya), "Real" (İspaniya), "Braqa" (Portuqaliya), "Union" (Almaniya).
 
D qrupu: "Benfika" (Portuqaliya), "İnter" (İtaliya), "Zaltsburq" (Avstriya), "Real Sosyedad" (İspaniya).
 
E qrupu: "Feyenoord" (Niderland), "Atletiko" (İspaniya), "Latsio" (İtaliya), "Seltik" (Şotlandiya).
 
F qrupu: PSJ (Fransa), "Borussiya" (Dortmund, Almaniya), "Milan" (İtaliya), "Nyukasl" (İngiltərə).
 
G qrupu: "Mançester Siti" (İngiltərə), "Leyptsiq" (Almaniya), "Srvena Zvezda" (Serbiya), "Yanq Boyz" (İsveçrə).
 
H qrupu: "Barselona" (İspaniya), "Portu" (Portuqaliya), "Şaxtyor" (Donetsk, Ukrayna), "Antverpen" (Belçika).
 
Qeyd edək ki, qrup mərhələsinə sentyabrın 19-20-də keçiriləcək ilk turun oyunları ilə start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest