Millətlər Liqasının qrup mərhələsində Norveçə məğlub olan (0:1) Bolqarıstan yığmasında narahatlıq doğuran əsas məqam cəza limitinə yaxınlaşan futbolçuların sayının çoxluğudu. Matç.az saytının yerli mətbuata istinadən məlumatına görə, son qarşılaşmada 6 futbolçu sarı vərəqə alıb.

Baş məşqçi Petar Hubçev bundan narazı qalsa da, heç kimin cəzalı duruma düşməməsi onu sevindirir. Hazırda 13 futbolçunun passivində sarı vərəqə var ki, onlardan biri də "Qarabağ"ın legioneri Simeon Slavçevdi. Əgər həmin oyunçulardan kimsə noyabrda Kiprlə görüşdə növbəti dəfə "sarı" alsa, Sloveniya ilə son tur matçını buraxacaq. Hubçev bu üzdən, xüsusən də, aparıcı futbolçularına qarşıdakı matçda ehtiyatlı oynamağı tapşıracaq.

Qeyd edək ki, C Liqasının III qrupunda dörd turdan sonra Norveç və Bolqarıstan hərəyə 9 xalla ilk iki yeri bölüşür. Noyabrın 16-da Kiprin qonağı olacaq bolqarlar bundan 3 gün sonra Sloveniyanı qəbul edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest