23 Sentyabr 2023, 19:45
FUTBOL
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola yarımmüdafiəçi Bernardo Silvanın vəziyyətini dəyərləndirib.
Matc.az xəbər verir ki, çalışdırıcı bu barədə yerli mətbuata açıqlama verib:"Bu, kiçik zədədir. çox da ciddi deyil. Bir həftə və ya iki həftə o, oyundan kənarda qalacaq. Niyə bu qədər xəsarət var? çünki çoxlu oyunlar var. Daha az oyun daha az zədə deməkdir. Ardıcıl bir neçə mövsüm istirahətsiz çoxlu sayda matç keçiririk və futbolçulardan böyük zəhmət tələb edirik.Bu, futboldur, olur. Amma adətən əzələ problemləri çoxlu oyunlara görə yaranır".
Qeyd edək ki, Bernardo çempionlar Liqasının qrup mərhələsinin ilk turunun "Srvena Zvezda" ilə matçın (3:1) 44-cü dəqiqəsində əvəzlənib.