Ölkəmizi dünya çempionatında təmsil edən veteran cüdoçu İntiqam Ələkbərov M-1 kateqoriyası üzrə 100 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Meksikanın Kankun şəhərində veteran cüdoçular arasında dünya çempionatı davam edir. Matç.az saytı xəbər verir ki, yarışın ikinci günü də Azərbaycan millisi üçün uğurlu olub.

ölkəmizi dünya çempionatında təmsil edən veteran cüdoçu İntiqam Ələkbərov M-1 kateqoriyası üzrə 100 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Babək Hacıyev (M-3, 60 kq) və Samir İsmayılov (M-1, 81 kq) isə mötəbər turnirin gümüş medallarına yiyələniblər.

Qeyd edək ki, yarışın ilk günü Fərhad Rəcəbli (M-6, 90 kq) usta cüdoçular arasında çempion olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest