Sabah Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı start götürəcək. Matc.az saytı xəbər verir ki, ilk yarış günündə 57, 65, 70, 79 və 97 kq-da çıxış edən sərbəst güləşçilər mübarizəyə başlayacaq.
Bu gün bu kateqoriyalar üzrə püşkatma mərasimi keçirilib və pəhləvanlarımızın ilk rəqibləri müəyyənləşib.
57 kq
1/8 final - Mahir Əmiraslanov - Aleksandru Kirtoaka (Rumıniya)
65 kq
Təsnifat - Hacı Əliyev - Hüseyn Şaxbanov (Belarus)
70 kq
Təsnifat - Ağahüseyn Mustafayev - Məhəmmədrəsul Qazıməhəmmədov (Rusiya)
79 kq
Təsnifat - Cəbrayıl Həsənov - Nika Kentçadze (Gürcüstan)
97 kq
1/8 final - Nurməhəmməd Hacıyev - Abdulrəşid Sadullayev (Rusiya)
Qeyd edək ki, qarşılaşmalar Bakı vaxtı ilə 12:30-da başlayacaq.