Fransa millisi AVRO-2024-ün seçmə qrup mərhələsinin IX turunda Cəbəllütariqi darmadağın edib (14:0). Matc.az xəbər verir ki, həmin oyun Uorren Zair-Emeri üçün əlamətdar olub.
 
Belə ki, o, 2000-ci ildən bu yana Fransa yığmasında debüt edən ən gənc futbolçu adına yiyələnib (17 yaş 11 günlük) və millidəki komanda yoldaşı, eyni zamanda, "Real"ın oyunçusu Eduardo Kamavinqanı qabaqlayıb. Siyahıda qərarlaşan digər futbolçular:
 
1. Uorren Zair-Emeri (17 yaş 11 günlük);
2. Eduardo Kamavinqa (17 yaş 29 günlük);
3. Kilian Mbappe (18 yaş 5 günlük);
4. Kərim Benzema (19 yaş 9 günlük);
5. Osman Dembele (19 yaş 17 günlük);
6. Kinqsli Koman (19 yaş);
7. Antoni Marsial (19 yaş 30 günlük);
8. Samir Nəsri (19 yaş 2 günlük);
9. Rafael Varan (19 yaş 25 günlük);
10. Pol Poqba (20 yaş 7 günlük).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest