Aprelin 12-də Xarkov şəhərində taekvondo üzrə "Ukraina Open" beynəlxalq turniri start götürəcək. Matc.az xəbər verir ki, ayın 14-dək davam edəcək G1 kateqoriyalı turnirdə Azərbaycan millisi 9 idmançı ilə təmsil olunacaq.

Turnirdə yığmamızın şərəfini Bəhruz Quluzadə (54 kq), Qaşım Maqomedov (58 kq), Cavab Ağayev (68 kq), Ayxan Tağızadə (74 kq), Milad Beigi Həçəqani (80 kq), Ramin Əzizov (87 kq), Radik İsayev (+87 kq), Patimat Abakarova (53 kq) və Fəridə Əzizova (67 kq) qoruyacaqlar.

Komandamız baş məşqçilər Reza Mehmandoust və Elnur Amanovun rəhbərliyi ilə aprelin 11-də Ukraynaya yollanacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest