“Qələbəyə və Avropa çempionatına vəsiqə qazandığımıza görə çox şadam”. Matc.az xəbər verir ki, bunu Belçika yığmasının hücumçusu Romelu Lukaku AVRO-2024-ün seçmə mərhələsində Azərbaycanı 5:0 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.
 
Görüşdə 4 qola imza atan ulduz futbolçu ilk dəqiqələrdən rəqibi ciddi qəbul etdiklərini söyləyib: “Paltardəyişmə otağında demişdim ki, Azərbaycanla matçın gərginliyini nəzərə alsaq, fiasko ilə bitə bilər. Sürətli olmalı, ilk yarım saatda qol vurmalı idik. Bunu bacardıq və ardından qısa zaman ərzində ardıcıl qollar vurduq. Azərbaycanın yaxşı komanda olduğunu bilirdik. Belə olmasaydı, İsveçi 3:0 hesabı ilə məğlub etməzdilər”.
 
30 yaşlı forvard fasilədən sonra əvəzlənməsinə də münasibət bildirib: “Sakitəm, çünki işimi görmüşəm. Komanda yoldaşlarıma görə çox xoşbəxtəm. Avropa çempionatı onların çoxu üçün ilk böyük turnir olacaq”.
 
Qeyd edək ki, Belçika yığması 20 xalla F qrupunu 1-ci pillədə başa vurub. Azərbaycan millisi isə 7 xalla 4-cü olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest