20 Noyabr 2023, 15:13
FUTBOL
Cəfərov Konfrans Liqasının qrup mərhələsi çərçivəsində “Astana” (Qazaxıstan) – "Dinamo" (Zaqreb, Xorvatiya) görüşünün UEFA nümayəndəsi olacaq.
AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov növbəti təyinat alıb. Matc.az xəbər verir ki, UEFA avrokubok oyununa onu həvalə edib.
Belə ki, Cəfərov Konfrans Liqasının qrup mərhələsi çərçivəsində “Astana” (Qazaxıstan) – "Dinamo" (Zaqreb, Xorvatiya) görüşünün UEFA nümayəndəsi olacaq. Qarşılaşma noyabrın 30-da Astanada keçiriləcək.
Qeyd edək ki, Azərbaycan millisinin hücumçusu Mahir Emreli “Dinamo”nun formasını geyinir.