28 Noyabr 2023, 11:06
FUTBOL
Cari mövsüm o, 17 zərbədən 15-ni dəf edib. Yəni Lunin zərbələrin 88 faizini qaytarıb. Bu, cari mövsüm birdən çox oyun keçirmiş qapıçılar arasında La Liqada rekord göstəricidi.
“Real”ın qapıçısı Andrey Lunin İspaniya La Liqasının XIV turunda “Kadis”lə oyunda (3:0) qapısının toxunulmazlığını qoruya bilib. Matc.az xəbər verir ki, ukraynalı qarşılaşmada 4 seyvlə yadda qalıb.
Cari mövsüm o, 17 zərbədən 15-ni dəf edib. Yəni Lunin zərbələrin 88 faizini qaytarıb. Bu, cari mövsüm birdən çox oyun keçirmiş qapıçılar arasında La Liqada rekord göstəricidi.
Çempionatda bu baxımdan ikinci yerdə “Real”ın digər qolkiperi Kepa Arrizabalaqa qərarlaşıb. Onun aktivində 76,7 faizlik dəqiq seyv var. Kepa 30 zərbədən 24-nü dəf edib. Üçüncü yeri “Real Sosyedad”lı Aleks Remiro qərarlaşıb - 76,2 faiz (63 zərbədən 47-ni dəf edib).
Qeyd edək ki, Andrey Lunin bu mövsüm 5 oyundan 3-də, Kepa Arrizabalaqa isə 13 görüşdən 6-da qol buraxmayıb.