08 Dekabr 2023, 16:37
FUTBOL
“ÇFR-lə bağlı heç bir müzakirə aparılmayıb, mövzuya toxunmağın mənası yoxdu”. Matc.az xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Adrian Mutu adının ölkəsi Rumıniyada ÇFR-lə birgə hallanmasına münasibət bildirərkən deyib.
44 yaşlı mütəxəssis “iAMSport” nəşrinə açıqlamasında Azərbaycan Premyer Liqası ilə bağlı düşüncələrini də bölüşüb: “Hər şey qaydasındadı. Bir çox insanın futbolla bağlı təsəvvüründən fərqli çempionatdı. Liqaya artıq öyrəşmişəm. Rumıniya ilə müqayisədə burada fiziki hazırlıq əsasdı. Səviyyə yaxşıdı. Ötən mövsümlərdə 1-2 komanda çempionluğa iddia edirdi. Ancaq bu mövsüm daha çox balans var. Səviyyə baxımından 5 güclü komanda var”.
Qeyd edək ki, Adrian Mutu yay fasiləsində “Neftçi”nin sükanı arxasına keçib. “Ağ-qaralar” 15 turdan sonra Premyer Liqada 22 xalla 6-cı pillədə yer alır.