Matçın ardından stadionun paltardəyişmə otağının qapısına zərər vuran “İrəvan”ın digər oyunçusu Əli Əliyev də eyni cəzaya məruz qalıb.

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında I Liqanın X turunun “Karvan” – “İrəvan” oyunu ilə bağlı sərt qərarlar verilib. Matc.az xəbər verir ki, ikincilərin futbolçusu Elvin Yunuszadə qarşılaşma bitdikdən sonra stadionun giriş qapısına zərər vurduğuna görə, 1 oyunluq cəzalanıb.
Millinin sabiq oyunçusunun hərəkətinə görə 100 manat cərimələnən “İrəvan” stadiondakı əmlaka dəymiş zərəri də ödəməli olacaq.
 
Matçın ardından stadionun paltardəyişmə otağının qapısına zərər vuran “İrəvan”ın digər oyunçusu Əli Əliyev də eyni cəzaya məruz qalıb.
“Karvan” – “İrəvan” matçı birincilərin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest