“Fikrimcə, bir çox insan “Siti” haqqında danışmağı xoşlayır və bizim böyük böhran içində olduğumuzu düşünür”. Matc.az xəbər verir ki, bunu “Mançester Siti”nin yarımmüdafiəçisi Cek Qriliş İngiltərə çempionatının 16-cı turu çərçivəsində səfərdə “Luton Taun” üzərində qazanılan qələbəni (2:1) şərh edərkən deyib.

Çox yaxşı komandalara qarşı oynadıqlarını deyən futbolçunun sözlərinə görə, turnir cədvəlinin dördüncü pilləsində olmaq problem deyil: “Biz  güclü “Tottenhem”lə, liqada zirvədə olan “Liverpul”la, Avropada ən yaxşı rekordlara sahib “Çelsi”, ümumiyyətlə, böyük komandalarla oynadıq. Dünyanın sonu deyil. Oyuna gəlincə, bizə səbir lazım idi. Birinci hissədə üstünlüyə malik idik. Rəqibin şansı olduğu yadımda deyil. Birinci hissənin sonunda qol vurdular ki, bu da bizim üçün zərbə oldu. İkinci hissəyə çıxanda öz aramızda danışdıq ki, topu daha yaxşı hərəkət etdirək, tələsməyək. İkinci hissədə də məhz belə etdik. Komandamızda dünyanın ən yaxşı məşqçisi və dünya səviyyəli oyunçular var. Onlar karyeralarında çox şey keçiblər”.

Qeyd edək ki, “Siti” 16 turdan sonra  33 xalla Premyer Liqada 4-cü pillədə qərarlaşıb. Turnir cədvəlinə isə 37 xalla “Liverpul” başçılıq edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest