Türkiyənin Antalya şəhərində yeniyetmə güləşçilər arasında keçirilən "Victory Cup" turnirinə yekun vurulub. Matc.az saytı xəbər verir ki, son yarış günündə 6 güləşçimiz fəxri kürsüyə qalxıb.

Sərbəst güləşçilərin mübarizəsində Fərhad Kərimli (60 kq) çempion olubsa, Mamed Əhmədov (60 kq) və Kənan Heybətov (51 kq) üçüncü yeri tutub. Qızların turnirində Elnurə Məmmədova (53 kq) və Mərziyə Sadıqova (61 kq) gümüş medal qazanıb. Yunan-Roma güləşçilərinin yarışında isə Elmir Əliyev (51 kq) fəxri kürsünün 2-ci pilləsinə yüksəlib.

Beləliklə, ümumilikdə bu yarışda qazancımız 11 medal - 2 "qızıl", 5 "gümüş" və 4 "bürünc" olub.

Qeyd edək ki, beynəlxalq dərəcəli hakim Zaur Şərifov "Victory Cup"da ədaləti qoruyub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest