Sabah Gürcüstanın paytaxtı Tbilisidə boks üzrə beynəlxalq turnir start götürəcək. Matc.az Azərbaycan Boks Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, David Kvaçadzenin şərəfinə keçiriləcək yarışa Azərbaycan millisi də qatılacaq.

Böyük məşqçi Nəriman Abdullayev və məşqçi Oqtay İbrahimovun rəhbərliyi altında turnirə yollanan yığmamızın şərəfini Rüfət Hüseynov (52 kq), Nurlan Səfərov (60 kq), Nəbi İsgəndərov, Fərid Ağamoğlanov (hər ikisi 64 kq) və Elnur Süleymanov (75 kq) qoruyacaqlar.

Yarışda final görüşləri aprelin 20-də olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest