11 Fevral 2024, 22:47
                
                
                
                                FUTBOL 
                                
                
               
              
				 
 
Bu gün keçirilən 4 oyunla Azərbaycan kubokunun 1/8 final mərhələsinə yekun vurulub.
	Matc.az xəbər verir ki, “Araz-Naxçıvan”ın asan qələbə qazanıb. “Dalğa” isə Yüksək Liqa iştirakçısına müqavimət göstərməyə çalışıb. Ən gərgin oyun “Dəstə Ordubad” – U-19 arasında baş tutub. Birinci Liqa komandası 2 dəfə hesabda önə keçsə də, üstünlüyünü qoruya bilməyib. Matçın gərginliyi vərəqələrin çoxluğuna da sirayət edib. Belə ki, 4 futzalçıya qırmızı vərəqə göstərilib. “Baku Fire-2” də növbəti mərhələyə yüksələnlər sırasında yer alıb.
				
         	
                                             
               
            
 










