17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Bakıda təlim-məşq toplanışına başlayıb. Matc.az xəbər verir ki, məşqçilər korpusu heyətə 24 futbolçu dəvət edib. Fevralın 16-dək davam edəcək toplanışda “Sabah”ın oyunçuları çoxluq təşkil edəcək.

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Bakıda təlim-məşq toplanışına başlayıb. Matc.az xəbər verir ki, məşqçilər korpusu heyətə 24 futbolçu dəvət edib.

Fevralın 16-dək davam edəcək toplanışda “Sabah”ın oyunçuları çoxluq təşkil edəcək. Paytaxt təmsilçisinin 5 üzvü hazırlığa qatılıb. Həmçinin, 6 legioner də düşərgədə yer alıb.

U-17-nin heyəti: Rauf Əyyubov, Həzrət Səmədov, Əlibəy Mahmudov, İbrahim Xəlilov, Ümid Səlimov (hamısı “Sabah”), Xəqan Şükürov, Murad Qurbanov, Fərid Cabbarlı (hamısı “Zirə”), Məhdi Həsənov, Elvin Vəliyev, Vusal Kərimov (hamısı “Neftçi”), Hüseyn Atayev, Tunar Muradov (hər ikisi “Turan Tovuz”), Nihad İsaqov (“Kəpəz”), İlkin Həsənzadə, Murad Cabbarov (hər ikisi “Sumqayıt”), Toğrul Haqverdiyev (EFA), Əli İbrahim (“Qarabağ”), Elgün Alışov (“SC Rot-Weiss Oberhausen, Almaniya), Fərid Abdinov (“Stroqino”, Rusiya), Həsən Məmmədli (“Weiss Oberhausen”, Almaniya), Rafael Qaziyev (“Dinamovets”, Rusiya), Nicat Nərimanov (“Brommapoykarna”, İsveç), İslam Həsənov (“Srvena Zvezda”, Serbiya).

Qeyd edək ki, yığma Bakı toplanışının ardından Belarusun paytaxtı Minskdə keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək. Yığmanın yekun heyəti də səfər öncəsi müəyyənləşəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest