Azərbaycanlı boks hakimi Anar Babanlı beynəlxalq təyinat alıb. Matc.az Azərbaycan Boks Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, referi Asiya çempionatının görüşlərində ədaləti qoruyacaq.

Sabah start götürəcək yarış Taylandın paytaxtı Banqkokda keçiriləcək. AİBA-nın hakimlik üzrə 3 ulduz kateqoriyasına daxil olan təmsilçimiz qitə birinciliyinə Asiya Boks Konfederasiyası tərəfindən neytral referi kimi dəvət alıb.

Yarış aprelin 28-dək davam edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest