28 Fevral 2024, 10:28
FUTBOL
“Mançester Siti”nin hücumçusu Erlinq Haland İngiltərə Kubokunun V turunda penta-trikə imaza atıb. Matc.az xəbər verir ki, norveçli forvard 6:2 hesabı ilə qalib gəldikləri görüşdə 5 qol vurub.
Elita komandası üçün bu turnirdə 5 və ya daha çox qol vuran sonuncu oyunçu 1970-ci ildə Corc Best idi. Haland onun 54 illik rekordunu təkrarlayıb.
Qeyd edək ki, Erlinq Haland bu mövsüm bütün turnirlərdə 30 oyun keçirib, 27 qol vurub.