Premyer Liqa çempionluğunu rəsmiləşdirən “Qarabağ” 2024-25 mövsümündə Çempionlar Liqasının (ÇL) I təsnifat mərhələsində mübarizəyə qoşulacaq. Matc.az xəbər verir ki, Ağdam təmsilçisi püşkatma zamanı səpələnmişlərin sırasında qərarlaşacaq.

“Qarabağ”la yanaşı, ÇL-ə vəsiqəni təmin edən daha 4 komanda - HİK (Finlandiya), “Flora” (Estoniya), “Klaksvik” (Farer adaları) və “Şemrok Rovers” (İrlandiya) də güclülərin arasında olacaq.

Yalnız İslandiya təmsilçisi “Vikinqur”un səpələnməmişlərdə qərarlaşacağı dəqiqdi. Yəni Reykyavik klubu “Qarabağ”ın ilk potensial rəqibidi.

Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü iyunun 18-də atılacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest