"Bu, yüzillik mundial olacaq Dünyanı birləşdirən bir dünya çempionatı keçiriləcək. DÇ-2030 haqqında danışanda mənə aydın oldu ki, xüsusi nəsə ortaya qoymalıyıq".

FİFA prezidenti Canni İnfantino DÇ-2030-la bağlı fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, ali futbol qurumunun rəhbəri mundialların 100-cü ilinin xüsusi olacağını bildirib.
 
O, 2030-cu ildəki dünya çempionatında tədbirlər təşkil olunacağını söyləyib: “2030-cu ildəki dünya çempionatı unikal olacaq. Bu, yüzillik mundial olacaq Dünyanı birləşdirən bir dünya çempionatı keçiriləcək. DÇ-2030 haqqında danışanda mənə aydın oldu ki, xüsusi nəsə ortaya qoymalıyıq. Hamımız futbolun tarixini xatırlamalıyıq”.
 
Qeyd edək ki, dünya çempionatı ilk dəfə üç qitədə və altı ölkədə keçiriləcək. DÇ-2030-da ən çox matçlar Mərakeş, İspaniya və Portuqaliyada olacaq. Üç görüş Cənubi Amerikada baş tutacaq. Açılış oyunu Uruqvayda baş tutacaq və yerli komanda meydana çıxacaq. Eyni şey Argentina və Paraqvay yığmalarının qruplardakı ilk oyunlara da aiddi. Onlar da ilk görüşlərini öz ölkələrində keçirəcəklər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest