Sadio Manenin agenti Babakar Sisse futbolçunun qış transfer pəncərəsində “Əl-Nəsr”dən ayrılacağı ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
Matc.az xəbər verir ki, Seneqal millisinin üzvünün müqaviləsi cari mövsümün sonunda başa çatacaq. Bu səbəbdən futbolçu yanvar ayından etibarən istənilən klubla müqavilə imzalaya və yayda azad agent kimi yeni komandasına qoşula bilər.
Lakin onun agenti Sissenin sözlərinə görə, Mane qış transfer pəncərəsində Səudiyyə Ərəbistanı klubunu tərk etməyəcək.
Qeyd edək ki, daha əvvəl Səudiyyə Ərəbistanı jurnalisti Fəllah əl-Qahtani “Əl-Nəsr”in Sadio Manenin müqaviləsini yeniləmək niyyətində olmadığını iddia etmişdi.












_1694603125.png)
