25 Noyabr 2026, 10:18
FUTBOL
Qadın voleybolçulardan ibarət “Turan” komandası bu gün CEV Çempionlar Liqasının qrup mərhələsində mübarizəyə başlayacaq.
Matc.az xəbər verir ki, Azərbaycan təmsilçisi D qrupunun ilk turunda İtaliyada “Savino Del Bene” klubu ilə qarşılaşacaq.
Florensiya şəhərində keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.
Qeyd edək ki, “Turan” qrup mərhələsində Türkiyənin “Eczacıbaşı” və Serbiyanın “Tent” komandaları ilə də münasibətlərinə aydınlıq gətirəcək.













