“Ayntraxt” Donni van de Beklə bağlı qərarını verib. Matc.az xəbər verir ki, Bundesliqa klubu müqavilə ilə “Mançester Yunayted”ə məxsus yarımmüdafiəçini transfer etməyəcək.

Niderland millisinin üzvü hazırda Frankfurt təmsilçisində icarə əsasında çıxış edir. Lakin rəhbərlik yayda onun birdəfəlik transferi üçün tələb olunan məbləği ödəmək fikrinə deyib. Bu da o deməkdi ki, van de Bek mövsümün sonunda “Mançester Yunayted”ə qayıdacaq.

Ancaq “qırmzı şeytanlar” onu heyətdə saxlamağı düşünmür. Bu səbəbdən ingilislər 26 yaşlı orta sahə oyunçusu üçün yeni komanda axtaracaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest