“Çelsi”nin sabiq futbolçusu Qlen Conson maraqlı təkliflə çıxış edib. Matc.az xəbər verir ki, o, paytaxt London təmsilçisinə “Mançester Yunayted”in müdafiəçisi Rafael Varanı heyətinə qatmağı məsləhət görüb.

“Çox vaxt belə böyük oyunçular azad agent kimi bazara çıxmır. Bilirəm ki, Varan 3-4 il əvvəlki kimi deyil. Amma yenə də çox yaxşı futbolçudu. Onun zədə problemləri var. Yenə də nəzərə alın ki, onu havayı almaq imkanı var. Pulsuz gətirdiyiniz biri matçların 50 faizini oynasa belə, böyük şeydi”, - deyə Qlen Conson bildirib.

Qeyd edək ki, Rafael Varan “Mançester Yunayted”ə 2021-ci ildə “Real”dan keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest