23 Aprel 2019, 10:02
DÖYÜŞ NÖVLƏRİ
Kişi boksçulardan ibarət Azərbaycan millisi hazırlığını davam etdirir. Matc.az-ın Azərbaycan Boks Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, Vaqif Şirinovun komandası növbəti təlim-məşq toplanışı üçün Sumqayıtda bir araya gəlib.
Olimpiya İdman Kompleksində təşkil olunan məşqlərə aprelin 21-dən başlanılıb və mayın 4-də yekun vurulucaq.
Toplanış Sankt-Peterburqda keçiriləcək beynəlxalq turnirə hazırlıq məqsədi daşıyır. Rusiyadakı yarış mayın 5-12-də olacaq.