“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin de Bruyne İngiltərə Premyer Liqasının XXXIV turunda “Tottenhem”lə oyunda məhsuldar ötürmə verib. Matc.az xəbər verir ki, bununla belçikalı rekorda bir addım da yaxınlaşıb.

O, altı fərqli mövsümdə Premyer Liqada 10 və ya daha çox assist etməyi bacarıb. Əvvəllər bunu yalnız “Arsenal” və “Çelsi”nin sabiq futbolçusu Sesk Fabreqas bacarıb.

Bundan başqa, de Bruyne Premyer Liqa tarixində məhsuldar ötürmələrin sayında (112) Fabreqası (111) geridə qoyaraq, ikinci pilləyə yüksəlib.

Qeyd edək ki, “Mançester Siti” “Tottenhem”i səfərdə 2:0 hesabı ilə məğlub edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest