“Kalyari”nin baş məşqçisi Klaudio Ranyeri 72 yaşında karyerasını bitirdiyini açıqlayıb. Matc.az xəbər verir ki, italiyalı mütəxəssis mövsüm başa çatdıqdan sonra komandasını tərk edəcək.

O, məşqçilik karyerası ərzində “Napoli”, “Fiorentina”, “Valensiya”, “Atletiko”, “Çelsi”, “Yuventus”, “Roma”, “İnter” və “Monako” kimi tanınmış klubları çalışdırıb. Ranyeri 2015-16 mövsümündə “Lester”lə Premyer Liqanın qalibi olub. 2016-cı ildə FİFA tərəfindən ilin ən yaxşı məşqçisi seçilib.

Qeyd edək ki, “Kalyari” A seriyasında sona bir tur qalmış 36 xalla 15-ci pillədə qərarlaşır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest