“Marsel” “Porto”nun baş məşqçisi Serxio Konseysaoya müqavilə təklif edib. Matc.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano paylaşım edib.

Bildirilib ki, 49 yaşlı mütəxəssis yaxın vaxtlarda Portuqaliya klubunu tərk edəcək. Konseysao 2017-ci ilin yayından “Porto”nu çalışdırır. Onun rəhbərliyi altında komanda 3 dəfə Portuqaliya çempionu olub, 4 dəfə ölkə kubokunu qazanıb.

Qeyd edək ki, “Marsel” 2023-24 mövsümündə Fransa Liqa 1-də 8-ci yeri yeri tutub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest