Azərbaycanın daha bir idmançısı Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib. Matc.az xəbər verir ki, boksçumuz Malik Həsənov olimpiadada iştirak etmək hüququ qazanıb.

63,5 kq çəkidə mübarizə aparan milli üzvü buna II Dünya Olimpiya Təsnifat Turnirində nail olub. Həsənov Tailandın paytaxtı Banqkokda keçirilən yarışın 1/4 finalında kolumbiyalı idmançı Xose Manuel Viafara ilə qarşılaşıb. 3:2 hesablı qələbə qazanan Malik yarımfinala çıxmaqla Paris-2024-ə lisenziyanı rəsmiləşdirib.

Bununla da boks üzrə Azərbaycan yığmasının Paris-2024 Yay Olimpiya Oyunlarına qazandığı vəsiqələrin sayı 4-ə çatıb. Malik Həsənovdan öncə Nicat Hüseynov (51 kq), Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) də eyni nəticəni təkrarlayıblar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest