10 İyun 2024, 13:01
DİGƏR
Yarış 7 turdan ibarət olub və 8 komandanın iştirakı ilə keçirilib. Rauf Məmmədovun çıxış etdiyi "Chartres Echecs" 30 xal toplayaraq bütün rəqiblərini qabaqlayıb.
Azərbaycan şahmatçısı Rauf Məmmədov Fransa çempionu olub. Matc.az xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Yarış 7 turdan ibarət olub və 8 komandanın iştirakı ilə keçirilib. Rauf Məmmədovun çıxış etdiyi "Chartres Echecs" 30 xal toplayaraq bütün rəqiblərini qabaqlayıb.
Məmmədov 6 oyunda 2 qələbə və 4 heç-heçəyə imza atıb. Çempion komandanın kapitanı Fransada yaşayan azərbaycanlı şahmatçı Namiq Quliyev olub.