Daşkənddə şahmat üzrə “Masters” turniri başa çatıb.

Matc.az xəbər verir ki, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov son turu yarım xalla başa vurub.

Həmyerlimiz rumıniyalı Rihard Rapportla heç-heçə oynayıb. 9 görüşündən 8-də heç-heçə edib, 1-də uduzan Məmmədyarov turniri 4 xalla 10 şahmatçı arasında 8-ci bitirib.

Hərəyə 5 xal yarım toplayan şahmatçılardan özbəkistanlı Nodirbek Yakubboyev 1-ci, onun həmyerlisi Nodirbek Abdusattarov 2-ci olub.

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest