Azərbaycanın və "Qəbələ" İdman Klubunun boksçuları beynəlxalq arenada növbəti uğurlarına imza atıblar. Matc.az saytının məlumatına görə, təmsilçilərimiz Ukraynanın Odessa şəhərində fərqləniblər.

Boris Litvakın xatirəsinə həsr olunan yeniyetmələr arasında keçirilən IV beynəlxalq turnirdə iki boksçumuz iştirak edib.

Arif Bayramov 46 kq, Amil Musayev 57 kq çəki dərəcəsində qüvvələrini sınayıblar.

Hər iki idmançı bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

"Qəbələ"nin çalışdırıcısı Ramiz Mirkamalov isə turnirin ən yaxşı məşqçisi adına layiq görülüb.

(klub saytı)

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest