“Adidas” uzun illərdir ki, UEFA-nın rəsmi sponsorudur və bütün turnir yarışlarını futbol topu ilə təchiz edir. Unikal top dizaynı hazırlayan firma üçün AVRO-2024 istisna olmayıb.

“Adidas” uzun illərdir ki, UEFA-nın rəsmi sponsorudur və bütün turnir yarışlarını futbol topu ilə təchiz edir.

Matc.az xəbər verir ki, hər dəfə böyük turnirlər üçün unikal top dizaynı hazırlayan firma üçün AVRO-2024 istisna olmayıb.

Amma son illərdə “Adidas” turnirin yarımfinal və finalları üçün fərqli toplar istehsal etməyə başlayıb.

Bu gün “Adidas” rəsmi olaraq AVRO-2024-ün son üç oyununda istifadə olunacaq yeni topun fotosunu paylaşıb.

Oxşar dizayna malikdir, lakin əsas rəng ağdan gümüşə, naxışlar isə çoxrəngdən qara və qızılı rəngə dəyişib. Turnirin loqosu isə narıncı rəngdədir.

Dizayn turnirin ev sahibi almanların bayrağından və gümüşü rəngindən ilhamlanıb. Yeni topun adı əvvəlki kimi qalır, lakin sonuna “Finale” əlavə edilib – “Fussballliebe Finale”.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest