“Komanda daim təkmilləşə bilər. Ümumiyyətlə, həyatınızın son gününə qədər inkişaf edə bilərsiniz”. Matc.az xəbər verir ki, bunu İspaniya millisinin baş məşqçisi Luis de la Fuente deyib.

Təcrübəli mütəxəssis Avropa çempionatında parlaq çıxış etdiklərini bildirib. O, zəif və güclü tərəflərini də açıqlayıb:

“Pressinqdə dünyanın ən yaxşısıyıq, amma hərəkətlərimizi daha da yaxşı əlaqələndirməliyik. Hücum mərhələsində sürətimiz bəzən tələsik hərəkətlərə gətirib çıxarır. Daha çox dözümlülük əlavə etmək və anları daha yaxşı qiymətləndirmək lazımdı. Bütün bunlar vaxt və zəhmət tələb edir. Məncə, əla çıxış edirik, lakin təkmilləşdirmə üçün həmişə yer var. Bizdə böyük oyunçular var. Bu, komandamızın ən yaxşı versiyası deyil”.

Qeyd edək ki, İspaniya millisi qitə birinciliyinin yarımfinalında sabah Fransa ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest