08 İyul 2024, 15:43
AVRO-2024
Fransa millisinin baş məşqçisi Didye Deşam AVRO-2024-ün yarımfinalına qədər irəliləmələrini dəyərləndirib. Təcrübəli mütəxəssis bunu böyük uğur adlandırıb.
Fransa millisinin baş məşqçisi Didye Deşam AVRO-2024-ün yarımfinalına qədər irəliləmələrini dəyərləndirib. Matc.az xəbər verir ki, təcrübəli mütəxəssis bunu böyük uğur adlandırıb.
O, UEFA-nın rəsmi saytına açıqlamasında komandasının hazırkı durumuna da qiymət verib: “Artıq yarımfinaldayıq. Çoxları bura qədər gəlməyimizi normal hal hesab edir. Ancaq bu da bir uğurdu. Hər şey mükəmməl olmasa da, oyunçularımla qürur duyuram. Mən bu andan maksimum yararlanmaq istəyirəm”.
Qeyd edək ki, Fransa millisi sabah turnirin yarımfinal oyununda İspaniya ilə qarşılaşacaq.