Fransa millisinin baş məşqçisi Didye Deşam komandanın darıxdırıcı çıxışına görə qınaqlardan narahat olmadığını bildirib. Matc.az xəbər verir ki, Fransa yığması AVRO-2024-ün geridə qalan 5 oyununda cəmi 3 qol vurub.

İspaniyaya qarşı keçiriləcək yarımfinal görüşündən əvvəl təşkil edilən mətbuat konfransında isveçli jurnalist Deşamdan darıxdırıcı futbola görə tənqidlərə münasibətini soruşub. O isə buna əsəbləşib: “İsveçli olduğuna əminsən? Yəqin ki, Fransada yaşayırsan. Əgər darıxırsansa, başqa şeyə bax, eybi yoxdu. Fransanın oyununu izləmək məcburiyyətində deyilsən. Builki Avropa çempionatında əvvəlkindən az qol vurulur. Bizim fransızları nəticələrimizlə sevindirmək imkanımız var. Əgər isveçlilər darıxsalar, bu, məni çox da narahat etməz”.

Qeyd edək ki, bu gün keçiriləcək İspaniya – Fransa oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest