Niderland millisinin baş məşqçisi Ronald Kuman Almaniyada keçiriləcək Avropa çempionatından sonra postunda qalacaq. Matc.az xəbər verir ki, bunu təcrübəli mütəxəssis özü açıqlayıb.

O bildirib ki, DÇ-2026-nın sonuna – müqavilə müddətinin sonuna qədər yığmadakı fəaliyyətini davam etdirəcək: “Düşünürəm ki, federasiya məndən qurtula bilməyəcək”.

Qeyd edək ki, Niderland millisi sabah AVRO-2024-ün yarımfinalında İngiltərə ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest