09 İyul 2024, 18:25
PARİS-2024
Paris-2024 Yay Olimpiya Oyunlarında yunan-Roma güləşi üzrə yarışların təqvimi açıqlanıb.
Matc.az xəbər verir ki, klassik güləşdə mübarizəyə avqustun 5-də start veriləcək.
İlk gündə 60 kq və 130 kq çəki dərəcələrində görüşlər keçiriləcək. Avqustun 6-da 77 kq və 97 kq, 7-də isə 67 kq və 87 kq yer alan güləşçilər xalça üzərinə çıxacaqlar. Medal görüşləri avqustun 6, 7 və 8-də olacaq.
Azərbaycanı Paris Olimpiadasında yunan-Roma güləşi üzrə yarışlarda Murad Məmmədov (60 kq), Həsrət Cəfərov (67 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (87 kq) və Sabah Şəriəti (130 kq) təmsil edəcəklər.
Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.