Argentina millisinin baş məşqçisi Lionel Skaloni bildirib ki, ölkəsinin sakinlərinin əksəriyyəti 2024-cü ildə keçiriləcək Avropa çempionatında İspaniya millisinə azakeşlik edirlər.
Matc.az xəbər verir ki, bu barədə məlumatı “All About Argentina” “X” sosial şəbəkəsində paylaşıb.
“De la Fuentenin etdiklərindən çox məmnunam. Ümid edirəm ki, sonda hər şey onun üçün yaxşı olacaq. Düşünürəm ki, argentinalıların böyük əksəriyyəti İspaniyaya azarkeşlik edir”.
Xatırladaq ki, bu gün İspaniya və Fransa milliləri arasında 2024-cü il Avropa çempionatının yarımfinal oyunu keçiriləcək. Oyun Münhendəki “Allians Arena”da baş tutacaq. Görüşün baş hakimi qismində sloveniyalı Slavko Vinciç çıxış edəcək. Başlanğıc fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.