10 İyul 2024, 01:20
AVRO-2024
İspaniya millisinin 16 yaşlı hücumçusu Lamin Yamal AVRO-2024-ün yarımfinalında Fransa ilə matçda (2:1) ən yaxşı oyunçu seçilib.
Matc.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Oyunda hesabı 9-cu dəqiqədə fransalı hücumçu Randal Kolo Muani açıb. 21-ci dəqiqədə Lamin Yamal hesabı bərabərləşdirib. Görüşün 25-ci dəqiqəsində isə yarımmüdafiəçi Dani Olmo ispanların qələbə qolunu vurub.
2024-cü il Avropa çempionatının finalında İspaniya yığması ikinci yarımfinalda çıxış edəcək Hollandiya-İngiltərə cütünün qalibi ilə qarşılaşacaq.