10 İyul 2024, 19:25
AVRO-2024
Qaret Sautqeyt İngiltərənin AVRO-2024-ün qalibi olacağı təqdirdə, kral III Çarlz tərəfindən cəngavər titulu ilə təltif olunacaq.
Matc.az xəbər verir ki, bu barədə məlumatı “The Telegraph” paylaşıb.
53 yaşlı Sautqeyt üç il əvvəl, AVRO-2020-nin finalında bu titula sahib ola bilərdi, lakin həlledici oyundakı İtaliya məğlubiyyəti bunu gecikdirdi.
Bildirilir ki, ingilislərin bu gün oynayacağı Niderlanda yarımfinalda məğlub olsa belə, Sautqeyt əldə etdiyi nailiyyətlərin cəminə görə cəngavər adına layiq görülə bilər, çünki onun rəhbərliyi altında İngiltərə yarımfinala yüksəlib, 2018 dünya çempionatının yarımfinalının və artıq qeyd olunan AVRO-2020 finalının iştirakçısı olub.