11 İyul 2024, 09:42
AVRO-2024
İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt AVRO-2024-ün yarımfinal mərhələsində Niderland üzərindəki qələbəni (2:1) şərh edib. Matc.az xəbər verir ki, o, oyunsonrası mətbuat konfransında finala çıxmağın möhtəşəm hiss olduğunu bildirib.
Sautqeyt qarşılaşmanın çətin keçdiyini etiraf etsə də, komandasının çox yaxşı oyun nümayiş etdirdiyini vurğulayıb: “Bütün heyət matça hazır idi. Rəqib təzyiq etməyə başlayanda Harri Keyn ön plana çıxdı. Olli Uotkins isə sürəti hesabına rəqiblərini qabaqlamağı bacarır. Bu bacarığından istifadə edə bildik. Bizi böyük final gözləyir. Həlledici qarşılaşmada da qalib gəlməyə çalışacağıq".
Qeyd edək ki, İngiltərə finalda İspaniyaya rəqib olub. Final matçı iyulun 14-də keçiriləcək.