Niderland millisinin baş məşqçisi Ronald Kuman AVRO-2024-ün yarımfinal mərhələsində İngiltərəyə uduzduqları görüşü (1:2) şərh edib. Matc.az xəbər verir ki, təcrübəli mütəxəssis oyunsonrası mətbuat konfransında komandasından razı qaldığını bildirib.

O, ilk hissədə rəqibin daha yaxşı oyun göstərdiyini etiraf edib: “İngiltərə ilk hissədə yarımmüdafiədə daha yaxşı oynayırdı. Buna görə orta xəttə daha bir futbolçu əlavə etmək məcburiyyətində qaldıq. Amma son 20 dəqiqədə üstünlük bizdə idi. Biz qol vurmalı olduğumuz dəqiqələrdə rəqib fərqləndi. Futbolda belə hallar baş verə bilir. Oyun əlavə dəqiqələrə getməli idi”.

Qeyd edək ki, AVRO-2024-ün finalında İngiltərə və İspaniya yığmaları üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest